Bakı. Trend:
Müharibə dövründə (28 fevral -7 aprel) İranın 7 min meqavat gücə sahib elektrik stansiyalarına şəkildə xəsarət dəymişdi ki, indiyə qədər 2,5 min meqavat gücə sahib stansiyaların fəaliyyəti bərpa olunub.
Trend-in məlumatına görə, bunu İranın energetika nazirinin müavini və İranın Elektrik Enerjisinin İstehsalı, Nəqli və Distributorluğu (TAVANIR) Şirkətinin icra direktoru Mustafa Rəcəbi Məşhədi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müharibə dövründə 4,5 min meqavat gücə sahib elektrik stansiyalarına ciddi şəkildə ziyan dəyib. Hazırda bu stansiyaların fəaliyyətinin bərpa olunması istiqamətində işlər aparılır və tədrici şəkildə fəaliyyəti bərpa olunacaq.
Rəcəbi Məşhədi qeyd edib ki, həmçinin sözügedən müddətdə ölkənin elektrik şəbəkəsinə təxminən 2 min məntəqədə xəsarət dəyib. Göstərilən xidmətlər nəticəsində bu məntəqələrin əksəriyyəti bərpa olunub və bir hissəsinin bərpası isə elektrikin pik istehlakı olan yay fəslindən sonraya saxlanılıb.
Qeyd edək ki, İranın elektrik istehsalı potensialı 100 min meqavatdan çox təşkil edir. Lakin istehlakın yüksək olduğu, əsasən də yay fəslində elektrikin istehlakı yüksək olduğuna görə, elektrik çatışmazlığı yaşanır.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
