Bakı. Trend:
İran tərəfi ABŞ və İsrailin gərginliyin azaldılmasına sadiqliyini görmür və lazım gələrsə, hərbi bazalar da daxil olmaqla, Amerika və İsrail hədəflərinə zərbələr endirməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə İran Parlamentinin spikeri Bağır Qalibaf "X" sosial şəbəkəsində yazıb.
"Onlar atəşkəsə sadiq deyillər və dialoqa inanmırlar, dəniz blokadası və Livanda atəşkəsin pozaulması ilə yalnız güc dilini başa düşdüklərini göstərdilər", - deyə o bildirib.
B. Qalibaf əlavə edib ki, Amerika və İsrailin hərəkətləri bölgədəki "ABŞ və İsrail bazalarını və aktivlərini" "qanuni hədəflərə" çevirir.
