Bakı. Trend:
Axşamın saatlarından bəri İrandan İsrailə atılan bütün raketlər uğurla ələ keçirilib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"İsrail Müdafiə Qüvvələri indiyə qədər İrandan atılan bütün raketləri ələ keçirib", - deyə qeyd olunub.
Eyni zamanda, İsrail ordusu İran ərazisindən yeni raket atışlarını qeydə alıb və təhlükə hələ də qalmaqdadır. Qeyd edilib ki, "hava hücumundan müdafiə qüvvələri hazırda təhdidləri müəyyən edir və ələ keçirir".
