İrakli Kobaxidze Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Siyasət Materials 8 İyun 2026 00:26 (UTC +04:00)
İrakli Kobaxidze Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə İ.Kobaxidze "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Baş nazir Nikol Paşinyanı və onun partiyasını seçkilərdə qazandıqları uğur münasibətilə ürəkdən təbrik edirəm. Xalqlarımızın rifahı naminə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da gücləndirmək üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə o yazıb.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası liderlik edir. "Infocom" açıq məlumatlara əsaslanan ilkin seçki nəticələrini təqdim edib.

İlkin səsvermə nəticələri hazırda aşağıdakı kimidir:

- Vətəndaş Müqaviləsi - 57.14%
- Güclü Ermənistan - 21.43%
- Ermənistan Bloku - 8.21%
- Çiçəklənən Ermənistan - 5.10%

Məqalədə:

Xəbər lenti

Xəbər lenti