...

İranın qırmızı xətti tapdalanıb, reaksiya veriləcək – Qalibaf

Dünya xəbərləri Materials 1 Mart 2026 10:08 (UTC +04:00)
İranın qırmızı xətti tapdalanıb, reaksiya veriləcək – Qalibaf
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin ölümü ilə İranın qırmızı xətti tapdalanıb və buna əsasən ağır zərbələr vurulacaq.

Trend-in məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaft yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran İslam İnqilabının banisi Ruhulla Xomeyni və Ali Lider Əli Xameneinin yolunu davam etdirəcək.

Qalibaf deyib ki, İran özünü bütün ssenarilər üçün hazırlayıb, hətta Xameneinin ölümündən sonra üçün plan qurub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti