...

İsrail İrana qabaqlayıcı zərbə endirib - Katz

Dünya xəbərləri Materials 28 Fevral 2026 10:41 (UTC +04:00)
İsrail İrana qabaqlayıcı zərbə endirib - Katz
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail İran əleyhinə qabaqlayıcı zərbə endirib.

Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Katz bildirib.

Katz qeyd edib ki, ölkə üzrə “dərhal fövqəladə vəziyyət rejimi” elan olunub.

“İsrail Dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq məqsədilə İrana qarşı qabaqlayıcı zərbə endirib”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İsrail ərazisində hava həyəcan siqnalları səslənir. “Israel Defense Forces”nin Daxili Cəbhə Komandanlığı mülki əhaliyə bomba sığınacaqlarına yaxın qalmaq barədə xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, “təhlükəsizlik vəziyyəti ilə əlaqədar” vətəndaşlar özlərinə ən yaxın qoruyucu sığınacağın yerini dəqiqləşdirməli və zəruri olmayan səfərlərdən çəkinməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti