...

SEPAH “Əsl Vəd 4” əməliyyatının yeni mərhələlərinə başladı

Dünya xəbərləri Materials 1 Mart 2026 01:16 (UTC +04:00)
SEPAH “Əsl Vəd 4” əməliyyatının yeni mərhələlərinə başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl Vəd 4” əməliyyatının üçüncü və dördüncü mərhələlərinə start verib.

Trend xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bəyanata görə, ABŞ və İsrailin hərbi və təhlükəsizlik hədəflərinə qarşı davamlı raket dalğaları atılır və “Əsl Vəd 3” əməliyyatında istifadə olunanlardan daha dəqiq və güclü, mürəkkəb raketlərdən istifadə olunur.

SEPAH-ın mətbuat xidməti əsas hədəfləri Hayfa limanındakı dəniz bazası, Hayfadakı digər dəniz bazaları, Ramat David hava bazası, Kirya bölgəsindəki Müdafiə Nazirliyi, Beyt Şemeş hərbi-sənaye yaşayış məntəqəsi və Aşdoddakı hərbi-sənaye mərkəzi kimi açıqlayıb.

Korpus həmçinin İran raketləri və dronlarından istifadə edərək bölgədəki sabit və mobil hədəflərə zərbələr də daxil olmaqla əməliyyatları genişləndirməyə və intensivləşdirməyə hazır olduğunu bildirib. Bəyanatda sonrakı dalğaların “Əsl Vəd 3” əməliyyatından daha dağıdıcı və miqyasca daha böyük olacağı xəbərdarlığı yer alıb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Xəbər lenti

Xəbər lenti