Bakı. Trend:
Benyamin Netanyahu İsrailin hava hücumlarının İranın Ali Rəhbəri Əli Xameneinin iqamətgahını dağıtdığını bildirib.
Trend-in məlumatına görə, Netanyahu çıxışı zamanı əməliyyatın əsas dövlət müəssisələrini hədəf aldığını deyib və davam edən hadisələri “dəyişiklik üçün tarixi fürsət” adlandırıb.
O, vətəndaşları küçələrə çıxmağa və “rejimi devirmək işini” başa çatdırmağa çağırıb.
İran hakimiyyəti tərəfindən Xameneinin vəziyyəti ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.
