Bakı.Trend:
Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi aşkarlayıblar.
Trend-in məlumatına görə, sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.
