...

Timor-Leste Prezidenti XIII Qlobal Bakı Forumunda iştirak edəcək

Siyasət Materials 28 Fevral 2026 14:24 (UTC +04:00)
Timor-Leste Prezidenti XIII Qlobal Bakı Forumunda iştirak edəcək
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta martın 12-dən 14-dək keçiriləcək XIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Trend-in diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Prezident forum çərçivəsində qlobal miqyaslı aktual çağırışlar və proseslər mövzusunda panel müzakirələrində iştirak edəcək.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. 2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti