Bakı. Trend:
Sohail Mahmud 23-25 fevral 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edib.
Trend xəbər verir ki, bu, onun 1 yanvar 2026-cı ildə vəzifəsinin icrasına başlamasından sonra həyata keçirdiyi ilk rəsmi səfərdir.
Səfər çərçivəsində S. Mahmud Hakan Fidan başda olmaqla Türkiyənin dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirib. H. Fidan ilə görüşündə baş katib D-8 Katibliyinin fəaliyyətinə göstərilən dəstəyə və təşkilatın strateji əhəmiyyətinə görə minnətdarlığını ifadə edib.
Görüşdə həmçinin Türkiyənin Antalya Diplomatiya Forumu və COP31 sədri kimi təşəbbüsləri qeyd olunub, D-8 üzvü olan dövlətlərin geostrateji və geoiqtisadi əhəmiyyəti vurğulanıb. H. Fidan Türkiyənin D-8-ə sarsılmaz dəstəyini təsdiqləyib və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tövsiyələrini verib.
S. Mahmud həmçinin Ömər Bolat, Murat Kurum, Mehmet Fatih Kacır və Cevdet Yılmaz ilə görüşərək yaşıl transformasiya, dayanıqlı şəhərsalma, ticarət və investisiya əlaqələrini müzakirə edib.
Baş katib həmçinin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən iftar yeməyində iştirak edib.
Səfərin sonunda S. Mahmud Türkiyə hökumətinə göstərilən qonaqpərvərliyə və zəngin proqrama görə təşəkkürünü bildirib, aparılan müzakirələrin institusional potensiala dair mövqelərin üst-üstə düşdüyünü təsdiqlədiyini vurğulayıb.
