...

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir

Yaşıl iqtisadiyyat Materials 27 Fevral 2026 18:30 (UTC +04:00)
Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir.

Trend xəbər verir ki, bu haqda Azərbaycanın Energetika nazirliyinin 2025-ci ildə görülmüş işlərə dair hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 04.04.2025-ci il tarixində Bakıda keçirilmiş layihə üzrə 2-ci nazirlər iclası zamanı "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bolqarıstan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu” imzalanıb və layihə üzrə görüləcək işlərə dair qrafik təsdiqlənib.

“Rumıniya tərəfi sözügedən layihəyə qoşulmaq istəyini bildirib. Bununla əlaqədar, 2025-ci ilin 4 aprel tarixində imzalanmış Anlaşma Memorandumuna dəyişikliyə dair Türkiyə tərəfindən protokol layihəsi hazırlanıb. Protokol layihəsi tərəflər arasında baxılmaqdadır. Türkiyə tərəfindən hazırlanmış layihənin texniki tapşırıqlar sənədinin (TOR) layihəsi tərəflər arasında razılaşdırılmaqdadır”, -deyə hesabatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti