...

NASA “Artemis 3” missiyası çərçivəsində Aya enişi ləğv etdi

Dünya xəbərləri Materials 28 Fevral 2026 07:22 (UTC +04:00)
NASA “Artemis 3” missiyası çərçivəsində Aya enişi ləğv etdi

Bakı. Trend:

Gələn il Ay səthinə astronavtların enişini nəzərdə tutan “Artemis 3” missiyası ləğv olundu.

Trend-in məlumatına görə, bu barədə NASA-nın rəhbəri Karid Ayzekman Ay proqramı ilə bağlı yenilənmiş məlumatlara həsr olunmuş brifinqdə məlumat verib.

Onun sözlərinə görə, “Artemis 3”ün buraxılışı 2027-ci ilə planlaşdırılırdı. Əvəzində missiya “Orion” kosmik gəmisinin Yerə yaxın aşağı orbitdə sınağını və Ay eniş modullarını təmin edən bir və ya hər iki təchizatçılarla görüş prosedurunun yoxlanışını əhatə edəcək.

Ayzekman qeyd edib ki, əgər bu plan uğurla həyata keçirilsə, 2028-ci ilin əvvəlində “Artemis 4”, ilin sonunda isə “Artemis 5” missiyaları çərçivəsində Aya eniş üçün imkan yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti