...

Gəncənin Baş planı təsdiq üçün təqdim edilib - Namiq Hümmətov

Cəmiyyət Materials 27 Fevral 2026 19:34 (UTC +04:00)
Gəncənin Baş planı təsdiq üçün təqdim edilib - Namiq Hümmətov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində 7 Baş plan daxil, habelə 363 şəhərsalma əsaslandırılması təsdiq olunub.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arixtektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov komitənin təşkilatçılığı keçirilən "Təməl" Memarlıq Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı deyib.

Sədrin birinci müavini bildirib ki, Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin Qarabağ və Şərqi Zəngəzurda 18 yaşayış məntəqəsi üzrə ərazi sənədləri təsdiqlənib:

“Gəncənin Baş planı son mərhələyə çatdırılıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ümumi planı və digər şəhərlərin Baş planları üzərində işlər ardıcıl şəkildə aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti