...

Yanvarda Banklararası Kart Mərkəzi vasitəsilə dollarla aparılmış əməliyyatların həcmi məlum oldu

İqtisadiyyat Materials 28 Fevral 2026 17:39 (UTC +04:00)
Yanvarda Banklararası Kart Mərkəzi vasitəsilə dollarla aparılmış əməliyyatların həcmi məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 5,6 milyon dollar məbləğində 21,4 min emal edilmiş ödəniş əməliyyatı həyata keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Mərkəzi Bankından məlumat verilib.

Tənzimləyicinin məlumatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı təxminən 7,2 min və ya 25,2 faiz, əməliyyatların həcmi isə 1,4 milyon dollar və ya 20 faiz azalıb.

Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda BKM vasitəsilə ümumi məbləği 7 milyon dollar olan 28,6 min ödəniş əməliyyatı həyata keçirilmişdi.

Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekun icrasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti