Bakı. Trend:
Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək.
Trend-in məlumatına görə, 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər turnirin final oyunu iyunun 4-də baş tutacaq.
Bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticələrə əsasən, son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Komanda qrup mərhələsində Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.
