Bakı. Trend:
İranın “Tasnim” İnformasiya Agentliyi İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazının bağlandığını bildirir.
Trend-in məlumatına görə, SEPAH-ın gəmilərə göndərdiyi mesajda bildirili rki, heç bir gəminin Hörmüz boğazından keçmək icazəsi yoxdur.
İran mediası qeyd edir ki, ötən 1 saat ərzində regionda ABŞ-nin 14 hərbi bazası atəşə tutulub. ABŞ-nin bəzi ölkələrdə birdən çox hərbi bazası var və raket və dron hücumları sadəcə bir ölkədə bir hərbi bazaya aid olmayıb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
