Bakı.Trend:
Biz İdman Akademiyası ilə birlikdə Azərbaycanda idmanın səviyyəsini yükəsltməyə çalışırıq. Mənim əsas hədəfim Azərbaycan idmanıdır. Çox sevinirəm ki, Azərbaycan yeni ideyalara açıqdır.
Trend xəbər verir ki, bu fikirləri tanınmış mütəxəssis Roman Yahoda bu gün müəllifi olduğu idman-tibbi mövzusundakı "Təməldən təfərrüata" kitabının təqdimat mərasimində deyib.
O bildirib ki, uzun müddət sonra bu terapiya atlasının Azərbaycan üçün hazırlanmasına nail olunub.
“Bu kitab hər kəs üçün nəzərdə tutulub. Kitab metodoloji, praktiki, qrafik və müasir üslubu əhatə edir. Kitabda zədələrin qarşısının alınması, reabilitasiya ilə bağlı nəzəri bilikləri əks etdirmişik. Bu kitab həm də hərbi sahədə çalışanlar üçün faydalıdır”.
Müəllif vurğulayıb ki, idmanda və hərbi sahələrdə ən yüksək bacarıqlara yiyələnmək üçün təmələ diqqət edilməlidir.
“Məhz bu istiqamətdə kitabda reabilitasiya məşqlərini əks etdirmişik. Kitabda idman sahəsində sistemli inkişafın sxemi verilib”.
