Bakı. Trend:
Ukraynanın Enerhodar şəhərində yerləşən Zaporojye Atom Elektrik Stansiyası üçün 330 kV-luq ehtiyat elektrik təchizatı sisteminin bərpası üçün lokal xarakterli atəşkəs elan olunub.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru məlumat verib.
“Təmir briqadalarının təhlükəsiz girişini təmin etmək məqsədilə ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir”, — deyə təşkilatın baş direktoru Rafael Qrossi vurğulayıb.
Bundan əvvəl BAEA-dən bildirilib ki, Zaporojye Atom Elektrik Stansiyası yalnız salamat qalmış yeganə elektrik ötürmə xəttindən asılı olduğu üçün kritik rejimdə fəaliyyət göstərir. Təşkilat ehtiyat enerji təchizatının itirilməsi səbəbindən reaktorların soyudulması ilə bağlı böyük risklərin olduğu barədə xəbərdarlıq etmişdi.
Qrossi Zaporojye AES-ə bu baxımdan “xüsusi statusun” verilməsini vacib hesab edir.
