Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,683 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 8,5 milyon manat və ya 0,5% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 83,7 milyon manat və ya 5,2% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin fevralın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.
