...

İsrail və İrandan sonra, İraq da hava məkanını bağlayıb

Dünya xəbərləri Materials 28 Fevral 2026 11:27 (UTC +04:00)
İsrail və İrandan sonra, İraq da hava məkanını bağlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran-İsrail arasında yaşanan gərginlik fonunda qonşu dövlət olan İraq hava məkanını bağlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın Nəqliyyat nazirliyi bəyanat yayıb.

İraqın şimalında yerləşən Ərbil Beynəlxalq Hava Limanında bütün mülki hava gəmilərini uçuşu və enişinə qadağa qoyulub.

Qeyd edək ki, bundan əvvəl İsrail və İran hökumətləri oxşar şəkildə hava məkanının bağlanması ilə bağlı qərar çıxarmışdı.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Cenevrədə Tehranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması ilə bağlı ABŞ-İran arasında aparılan danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Fevralın 28-də səhər saatlarında İsrail İrana hava zərbələri endirməyə başlayıb. İsrailin Müdafiə Naziri bu zərbələrin qabaqlayıcı xarakter daşıdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti