...

Tramp İrana qarşı əməliyyatların əsas məqsədlərindən birini açıqlayıb

Dünya xəbərləri Materials 28 Fevral 2026 12:09 (UTC +04:00)
Tramp İrana qarşı əməliyyatların əsas məqsədlərindən birini açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İrana qarşı əməliyyatının məqsədlərindən biri Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Trend xəbər verir ki, bu barədə prezident Donald Tramp “Truth Social” səhifəsindəki müraciətində bildirib.

“ABŞ-nin, xüsusilə də mənim administrasiyamın məqsədi bu terrorçu rejimin nüvə silahı əldə etməsinə imkan verməmək olub. Yenə deyirəm, onlar heç vaxt nüvə silahına malik olmayacaqlar”,- deyə Tramp vurğulayıb.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti