Bakı. Trend:
İran və ABŞ arasında dialoqa vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehran və Vaşinqton arasında danışıqlar prosesində çox yaxın gələcəkdə əhəmiyyətli irəliləyişlərə ümid etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.
"Biz qarşıdakı günlərdə İran məsələsində ciddi irəliləyişlərə ümid edirik", - deyə nazir Vaşinqtonda ABŞ vitse-prezidenti Cey Di Vens ilə görüşdən sonra bildirib.
Əl-Busaidi əlavə edib ki, o, "ABŞ vitse-prezidentinə İran tərəfi ilə danışıqların təfərrüatları barədə məlumat verib". Oman naziri yekun olaraq "Sülh bizim əlimizdədir" deyib.