...

ABŞ Malinin müdafiə naziri və hava qüvvələri rəhbərliyinə qarşı sanksiyaları ləğv etdi

Dünya xəbərləri Materials 27 Fevral 2026 22:04 (UTC +04:00)
ABŞ Malinin müdafiə naziri və hava qüvvələri rəhbərliyinə qarşı sanksiyaları ləğv etdi

Bakı. Trend:

ABŞ "Vaqner" ÖHŞ ilə əlaqələrinə görə sanksiyalara məruz qalan Mali müdafiə naziri və digər iki hərbi liderə qarşı sanksiyaları ləğv edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin strukturuna daxil olan Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında bildirilib.

Məlumata əsasən, Malinin müdafiə və veteranlar işləri naziri Sadio Kamara, eləcə də bu ölkənin Hərbi Hava Qüvvələrinin Qərargah rəisi və onun müavini məhdudlaşdırıcı tədbirlərdən azad ediliblər.

Qeyd edək ki, onlar 2023-cü ilin iyul ayında sanksiya siyahısına əlavə ediliblər. Həmin şəxslər 2021-ci ilin dekabr ayından bəri "Vaqner Qrupu ilə sıx əməkdaşlıq etməkdə", Malidəki mövcudluğunu asanlaşdırmaqda və genişləndirməkdə ittiham olunurdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti