...

Milanda tramvay relsdən çıxdı, iki nəfər öldü

Dünya xəbərləri Materials 27 Fevral 2026 23:37 (UTC +04:00)
Milanda tramvay relsdən çıxdı, iki nəfər öldü

Bakı. Trend:

Milanda tramvayın relsdən çıxması nəticəsində iki nəfər həlak olub, ağır yaralılar da daxil olmaqla ən azı 40 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti xəbər verib.

Polis və xilasetmə işçiləri hadisə yerindədir. Nəzərdən keçirilən ehtimallardan biri sürücünün özünü pis hiss etməsi olub. O son dayanacaqda saxlamadan yolu davam edib. O, yüngül xəsarətlərlə xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edirmiş.

Tramvay relsdən çıxdıqdan sonra binaya çırpılıb və piyadaların üzərinə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti