...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 28 Fevral 2026 11:11 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” markalı neftin orta qiymətləri artıb, “Urals”ın isə azalıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti keçən həftə ilə müqayisədə 1.41 ABŞ dolları və ya 1.98% artaraq, bir barel üçün 72.45 ABŞ dollarına çatıb.

Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti bir barel üçün 73.31 ABŞ dolları, minimum qiymət isə 71.46 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 69.84 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 1.44 ABŞ dolları və ya 2.1% artım deməkdir.

Həftə ərzində ən yüksək qiymət bir barel üçün 70.67 ABŞ dolları, ən aşağı qiymət isə 68.93 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1.47 ABŞ dolları və ya 3.6% azalaraq, bir barel üçün 38.99 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 41.87 ABŞ dolları, ən aşağı qiymət isə 37.31 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti 71.57 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 0.1 ABŞ dolları və ya 0.1% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 72.77 ABŞ dolları, minimal qiymət isə 70.79 ABŞ dolları olub.

Neft/Tarix

23.02.2026

24.02.2026

25.02.2026

26.02.2026

27.02.2026

Orta qiymət

Azeri LT CIF

$73.31

$71.97

$71.46

$72.78

$72.75

$72.45

Azeri Light FOB Ceyhan

$70.67

$69.36

$68.93

$70.13

$70.10

$69.84

Urals (EX NOVO)

$41.87

$39.49

$37.98

$38.31

$37.31

$38.99

Dated Brent

$72.77

$71.33

$70.79

$72.04

$70.94

$71.57

Məqalədə:
Xəbər lenti

Xəbər lenti