...

Azərbaycanda "Visa" ödəniş kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 27 Fevral 2026 20:10 (UTC +04:00)
Azərbaycanda "Visa" ödəniş kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış "Visa" ödəniş kartları (o cümlədən statistik vahidin ödəniş kartları) üzrə tranzaksiyaların sayı 134,7 milyon ədəd, əməliyyatların həcmi isə 6,7 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına (AMB) isitnadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə tranzaksiyaların sayı 31,6 milyon və ya 30,6 faiz, əməliyyatların həcmi isə 1,1 milyard manat və ya 18,6 faiz artıb.

Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "Visa" kartları üzrə tranzaksiyaların sayı 831 min, əməliyyatların həcmi isə 74,4 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyalardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti