...

Şamaxıda ögey ana yeniyetmə tərəfindən qətlə yetirilib

Hadisə Materials 27 Fevral 2026 14:52 (UTC +04:00)
Şamaxıda ögey ana yeniyetmə tərəfindən qətlə yetirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Şamaxı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, yerli KİV-lərdə fevralın 26-da gecə saatlarında Şamaxı şəhərində qəsdən adam öldürmə faktı ilə bağlı məlumat yayılıb. Belə ki,1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən ögey oğlu, 2009-cu il təvəllüdlü M.B. saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti