Bakı. Trend:
“Electron” raketi Avstraliyanın “Hypersonix” aerokosmik startapı tərəfindən hazırlanmış və ABŞ Müdafiə Nazirliyinin Müdafiə İnnovasiya Bölməsi tərəfindən sifariş edilmiş "DART AE" hipersəsli cihazını ilk suborbital sınaq uçuşuna çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "Rocket Lab" şirkəti xəbər verib.
Məlumata əsasən, "DART AE" cihazı hidrogenlə işləyən "SPARTAN" hipersəs sürətli ramjet mühərriki ilə təchiz olunub.
Testlərin məqsədi nəqliyyat vasitəsinin Max 5-dən (təxminən 6000 km/saat) yuxarı sürətlə sabit, idarə olunan uçuşu davam etdirmək qabiliyyətini təsdiqləməkdir.