...

2026-cı ildə neçə nəfər azad edilən ərazilərə köçürülüb?

Cəmiyyət Materials 27 Fevral 2026 11:36 (UTC +04:00)
2026-cı ildə neçə nəfər azad edilən ərazilərə köçürülüb?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqların intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Böyük Zəfərdən sonra artıq Qarabağ və Şərqi Zəngəzurda 28 697 nəfər məskunlaşıb.

“Bu, 7 154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı 2 aya yaxın müddətdə isə 2 863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu, yalnız 2 ayda keçmiş məcburi koçkünlərin dövlət tərəfindən 646 evlə təmin edilməsi deməkdir”.

Deputat qeyd edib ki, yeni dövrün yeni hədəfləri kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirlər müşahidə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti