WUF13 Azərbaycan üçün təcrübələrini təqdim edə biləcəyi növbəti strateji platformadır.
Trend xəbər
verir ki, bunu WUF13-ün Milli Koordinatorunun müavini, Azərbaycan
Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat
rəhbərinin müavini Gülşən Rzayeva bu gün Bakıda Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq
prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şəhərlər iqlim dəyişikliyinə yaxşı mənada
töhvə verir:
"Qlobal səviyyədə şəhərsalma sahəsində çağırışlar, ölkələrin təcrübəsi, praktik həllər təqdim ediləcək. Hazırda urbanizasiyanın gücləndiyi dövrdə mənzil teminatı mərkəzdə dayanır.
BMT-nin proqnozlarına görə, dünyada 3 milyard insan mənzil
təminatından əziyyət çəkir. WUF13 Azərbaycan üçün növbəti strateji
platformadır. Bu platforma sayəsində ölkəmizin model ola biləcək
təcrübələrini təqdim etmək imkanımız yaranacaq. BMT-yə üzv olan
dövlətlərə dəvət göndərilib. Eyni zamanda, bu forumda yerli
iştirakçılıq da vacibdir".
Gülşən Rzayeva həmçinin WUF13-ün Azərbaycan üçün strateji
əhəmiyyəti və 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan
edilməsi, WUF13-dən gözləntilər və beynəlxalq təsir, tədbirə milli
səviyyədə hazırlıq məsələri ətrafında fikirlərini səsləndirib.
