...

Xocavəndə dönüş: illərlə qorunan ümid gerçəyə çevrildi

Cəmiyyət Materials 27 Fevral 2026 12:16 (UTC +04:00)
Xocavəndə dönüş: illərlə qorunan ümid gerçəyə çevrildi
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Sakinlər doğma torpaqlarına qayıdacaqları günə olan inamlarını heç zaman itirməyiblər.

Bu sözləri Trend-in Qarabağ bürosuna açıqlamasında Xocavənd kəndinin sakini Elanora Talıbova bildirib/

Onun sözlərinə görə, kənd 1991-ci ildə işğal edildikdən sonra ailələri əvvəlcə Ağcabədi rayonunda məskunlaşıb:

“Daha sonra dövlət tərəfindən mənzillə təmin olunsaq da, ürəyimiz həmişə dünyaya gəldiyimiz kənddə idi. O torpaqlara dönəcəyimiz günü səbirsizliklə gözləyirdik. Fevralın 20-dən etibarən yenidən Xocavənddəyik. Kəndimizin təmiz havası, saf suyu bizə mənəvi rahatlıq gətirib. Buraya qayıdandan sonra sanki çəkdiyim bütün ağrı-acılar geridə qaldı. Ümidimi heç vaxt itirməmişdim və bu gün o inamın doğrulduğunu görmək böyük xoşbəxtlikdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti