...

Qadın hərbçilərə bu həvəsləndirmə tədbirlərinin tətbiq olunması təklif edilir

Cəmiyyət Materials 27 Fevral 2026 09:05 (UTC +04:00)
Qadın hərbçilərə bu həvəsləndirmə tədbirlərinin tətbiq olunması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçular üçün bir sıra həvəsləndirmə tədbirlərinin tətbiq olunması təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə əsasən, əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:

  • baş əsgər (baş matros) hərbi rütbəsi vermək;
  • müddətindən artıq xidmət çavuşlarına ştat üzrə tutduqları vəzifə üçün müəyyən edilmiş rütbədən bir pillə yuxarı rütbə vermək;
  • müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına (ali hərbi məktəblərin kursantlarından başqa) məzuniyyət yerinə gedib-qayıtma vaxtı nəzərə alınmadan 10 sutkayadək qısamüddətli məzuniyyət vermək.

Əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçular üçün yuxarıdakılar istisna edilməklə həvəsləndirmələr tətbiq edilir.

Ombudsmanın məruzəsində bu müddəanın bərabərlik hüququnun təmini baxımından ziddiyyət yaratdığından bu istisna halların aradan qaldırılması ilə bağlı İntizam Nizamnaməsinə müvafiq dəyişikliyin edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti