...

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı irimiqyaslı əməliyyat keçirildi

Dünya xəbərləri Materials 27 Fevral 2026 11:24 (UTC +04:00)
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı irimiqyaslı əməliyyat keçirildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi və İstanbul Baş Prokurluğunun kordinasiyası ilə aparılan araşdırma çərçivəsində qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Maliyyə hərəkətlərinin araşdırılması zamanı daha əvvəl qanunsuz mərc oyunları təşkil etdiklərinə və bu yolla haqsız qazanc əldə etdiklərinə görə barəsində tədbir görülmüş şəxslərin və şirkətlərin hesablarına pul köçürmələrinin həyata keçirildiyi müəyyən olunub.

Aparılan maliyyə analizləri və əməliyyat tədbirləri nəticəsində şübhəlilərə məxsus 18 şirkət, 11 avtomobil, 3 torpaq sahəsi və 5 yaşayış obyektindən ibarət, bazar dəyəri təxminən 671 milyon 255 min lirə olan daşınar və daşınmaz əmlaka həbs qoyulub.

Əməliyyatın gedişində 10 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti