Bakı. Trend:
Banqladeşdə güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,5 maqnitudalı zəlzələnin episentri 1,3 milyondan çox insanın yaşadığı Khulna şəhərindən 26 kilometr cənub-qərbdə yerləşib. Yeraltı ocağı isə 35 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar eyni zamanda paytaxt Dəkkədə hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
