...

Əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsi qaydasında dəyişiklik edilə bilər

Cəmiyyət Materials 27 Fevral 2026 09:05 (UTC +04:00)
Əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsi qaydasında dəyişiklik edilə bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasında dəyişiklik təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərt sayılır.

Ombudsmana ünvanlanan şikayətlər üzrə aparılan təhlillərin nəticələrinə əsasən, yuxarıda nəzərdə tutulan müddətlərə müvafiq dəyişikliklər edilməklə azaldılması və aşağıdakı məzmunda verilməsi təklif edilir:

  • şəxsin eyni xəstəliklə son 3 ay müddətində fasiləsiz və ya son 6 ay müddətində fasilələrlə ümumilikdə 3 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərt sayılır.

Bununla yanaşı, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim-məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə, habelə vətəndaşların təkrar müraciət etmək məcburiyyətində qalmalarına səbəb olduğunu, nəticə etibarilə hüquqların operativ və effektiv təmin olunmasına maneələr yaratdığını nəzərə alaraq, əlilliyin qiymətləndirilməsi prosesində iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi də təkliflər arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti