Bakı. Trend:
İran Əfqanıstanla Pakistan arasında baş vermiş silahlı münaqişənin nizamlanmasına vasitəçilik etməyə hazırdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın XİN rəhbəri Abbas Əraqçi bildirib.
“Əfqanıstan və Pakistan mehriban qonşuluq münasibətləri çərçivəsində və dialoq vasitəsilə aralarında olan ixtilafları yoluna qoymalıdır”,- Əraqçi bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikası dialoqa vasitəçilikdə və iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsinə istənilən dəstəyi göstərməyə hazırdır.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında baş verən toqquşmalar nəticəsində azı 133 əfqan hərbçi həlak olub, 200-dən çoxu isə yaralanıb.
