...

Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

İdman Materials 26 Fevral 2026 18:43 (UTC +04:00)
Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçuları məlum olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Atletiko"nun hücumçusu Aleksandr Sorlot səsvermədə bütün rəqiblərini qabaqlayaraq həftənin oyunçusu seçilib.

Xatırladaq ki, norveçli forvard "Brügge" ilə matçda (4:1) het-trik edərək komandasının 1/8 finala yüksəlməsində əsas pay sahibi olub.

İkinci pillədə Kasper Hoq ("Bodo/Qlimt"), üçüncü yerdə Aurelien Tçaumeni ("Real") və dördüncü pillədə isə Viktor Osimhen ("Qalatasaray") qərarlaşıb.

Qeyd edək ki, qalib gələn futbolçular UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti