Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçiləri Tirana şəhərində keçirilən “Muhamet Malo” turnirində üç medal əldə ediblər.
Trend xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rəşid Babazadə reytinq turnirinin finalında məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, həlledici görüşdə hindistanlı U-23 dünya çempionu Sucet Sucetə 0:10 hesabı ilə uduzub.
İslam Bazarqanov (57 kq) isə üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Akşay Tanaci Dhereni 9:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Arseniy Djioyev (86 kq) üçüncü yer uğrunda görüşdə amerikalı ikiqat olimpiya mükafatçısı və dördqat dünya çempionu Kayl Deyki 4:1 hesabı ilə üstələyərək reytinq turnirinin bürünc medalına sahib çıxıb.
