...

Tramp dərman qiymətlərini ucuzlaşdırdığını bəyan edib

Dünya xəbərləri Materials 25 Fevral 2026 10:10 (UTC +04:00)
Tramp dərman qiymətlərini ucuzlaşdırdığını bəyan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Konqresə müraciəti zamanı prezident vəzifəsində ikinci müddəti ərzində administrasiyasının əldə etdiyi uğurlardan danışıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti dərmanların qiymətlərinin aşağı salınması istiqamətində gördüyü işlərlə fəxr etdiyini bildirib.

“Mən həmçinin reseptlə satılan dərmanların əvvəllər heç vaxt müşahidə olunmamış dərəcədə şişirdilmiş qiymətlərini ləğv etdim”,- deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, digər prezidentlər bunu etməyə çalışsalar da, nəticəyə nail ola bilməyiblər.

“Bu, böyük nailiyyətdir. Nəticədə qiymət fərqi 300, 400, 500, 600 faiz və daha çox təşkil edir. Bütün bunlar artıq "TrumpRx.gov" adlı yeni veb-saytda əlçatandır”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti