...

Bu günədək 3 milyon təsərrüfat internetə çıxış imkanı əldə edib - RİNN rəsmisi

Telekommunikasiya Materials 25 Fevral 2026 10:23 (UTC +04:00)
Bu günədək 3 milyon təsərrüfat internetə çıxış imkanı əldə edib - RİNN rəsmisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda fiberoptik internetin əhatə dairəsi 2020-ci ildə 9% idi. 2024-cü ilin sonunadək bütün Azərbaycan demək olar ki 100% -dək fiber obtik internet şəbəkəsi ilə əhatə olunub.

Trend xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bu gün “A-dan Z-yə internet" media üçün praktik təlimdə deyib.

Nazir müşaviri bildirib ki, bu günədək 3 milyon təsərrüfat internetə çıxış imkanı əldə edib.

RİNN rəsmisi “Onlayn Azərbaycan” layihəsinin perspektivlərindən də danışıb:

“Bu layihə Azərbaycanın daha rəqabətə dözümıü iqtisadi inkişafına nail olmasına şərait yaradıb. Rəqəmsal savadlılıq kifayət qədər vaxt tələb edən prosesdir. Layihə insanların yalnı internetə çıxışını təmin etmir, həmçinin vətəndaşlar rifahlarını yaxşılaşdırmağa imkan yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti