...

Bu marşrutda gedişhaqqı artırıldı

Cəmiyyət Materials 24 Fevral 2026 15:39 (UTC +04:00)
Bu marşrutda gedişhaqqı artırıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsini Nərimanov rayonunun Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilir ki, fevralın 25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl bu marşrut xəttindən gedişhaqqı 0,50 AZN təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti