Azərbaycan ABŞ şirkəti ilə iqtisadi əməkdaşlığı müzakirə etdi (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 24 Fevral 2026 18:03 (UTC +04:00)
Azərbaycan ABŞ şirkəti ilə iqtisadi əməkdaşlığı müzakirə etdi (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Goldman Sachs” şirkətinin Aktivlərin və sərvətin idarəedilməsi bölməsinin müştəri biznesi üzrə qlobal rəhbəri Met Qibsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ölkəmizlə şirkət arasında səmərəli tərəfdaşlıq vurğulanıb. Azərbaycanın əlverişli biznes mühiti, makroiqtisadi sabitliyi və güclü valyuta ehtiyatları fonunda investorlar üçün etibarlı tərəfdaş olduğu diqqətə çatdırılıb.

Həmçinin ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı, rəqəmsal inkişaf gündəliyi barədə məlumat verilib. Qlobal çağırışlara uyğun müəyyən edilmiş iqtisadi prioritetlərin strateji investisiyalar üçün əlverişli imkanlar yaratdığı qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti