...

Bakıda su təhlükəsizliyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2026 14:29 (UTC +04:00)
Bakıda su təhlükəsizliyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 24-də Britaniyanın Azərbaycandakı Ticarət Palatasının Dayanıqlı İnkişaf və Enerji üzrə komitəsi Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə paytaxtda “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyətləri” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbir Novruz bayramı ərəfəsində keçirib və “Su Çərşənbəsi”nə həsr olunub ki, bu da Azərbaycanın ənənələrində suyun rəmzi əhəmiyyətini vurğulayıb və mədəni irsin dayanıqlı inkişaf məsələlərinin müzakirəsi ilə əlaqələndirilməsinə imkan vermiş olub.

Dəyirmi masada əsas dövlət qurumlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri iştirak edərək normativ dəyişiklikləri, risklərin idarə olunmasını və məsuliyyətli biznesin Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsindəki rolunu müzakirə ediblər.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, SOCAR, “Azercosmos”, Avropa Yenidənqurma və İnkişaf Bankı, ADA Universiteti, “Aqualink Azerbaijan” və digər şirkətlərin nümayəndələri məruzələrlə çıxışlar edib.

Natiqlər su təsərrüfatı üzrə milli strategiyanın prioritetlərini, ekoloji menecmentin planlaşdırılmasını, su ehtiyatlarının monitorinqi üçün Coğrafi İnformasiya Sistemlərindən (CİS) və peyk texnologiyalarından istifadəni, dayanıqlı maliyyələşmə mexanizmlərini, hüquqi çərçivələri və innovativ biznes həllərini müzakirə ediblər. Tədbir iştirakçılar arasında birbaşa fikir mübadiləsinə şərait yaradan açıq diskussiya ilə yekunlaşıb.

Britaniyanın biznes icması bu kimi təşəbbüslər vasitəsilə dayanıqlı inkişaf və Böyük Britaniya ilə Azərbaycan arasında işgüzar münasibətləri formalaşdıran strateji sektorlar üzrə konstruktiv dialoqa töhfə verməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti