...

TRIPP Gürcüstan da daxil olmaqla bütün region üçün faydalı olacaq – Fuat Oktay

Siyasət Materials 24 Fevral 2026 16:33 (UTC +04:00)
TRIPP Gürcüstan da daxil olmaqla bütün region üçün faydalı olacaq – Fuat Oktay
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ermənistanla münasibətləri normallaşdırdıqca Türkiyə də rəsmi İravanla əlaqələri inkişaf etdirəcək.

Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin Milli Məclisdə keçirilən onuncu üçtərəfli iclasında deyib.

Komitə sədri vurğulayıb ki, Türkiyə bütün qonşularla münasibətləri inkişaf etdirməkdə maraqlıdır:

“Bundan başqa, Azərbaycanla əlaqələrimiz getdikcə dərinləşməkdədir. Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün prioritetdir. Uzun müddətdən sonra biz bölgədə sülhə nail olmuşuq. Türkiyə Azərbaycan və Ermənistan arasındakı əlaqələrin dərinləşməsin dəstəkləyir. TRIPP layihəsi də regionumuz üçün yeni iqtisadi imkanlar yaradacaq. Layihə Gürcüstan da daxil olmaqla bütün region üçün faydalı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti