Bakı. Trend:
“Nyukasl” (İngiltərə) və "Qarabağ" komandaları arasında cavab oyununda hesab açılıb.
Trend xəbər verir ki, oyunun ilk dəqiqələrində “Nyukasl” komandası iki dəfə fərqlənə bilib.
Oyunun 5-ci dəqiqəsində İngiltərə təmsilçinin futbolçusu Sandro Tonali fərqlənib. Daha bir qolu 6-ci dəqiqədə Joelinton vurub.
00:03
xxx
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” (İngiltərə) və "Qarabağ" komandaları arasında cavab oyunu başlayıb.
Trend xəbər verir ki, qarşılaşma İngiltərədə “Sent Ceyms Park” stadionunda Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Qeyd edək ki, ilk görüş rəqibin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
23:19
xxx
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” (İngiltərə) və "Qarabağ" komandaları arasında keçiriləcək cavab oyunu üçün start heyətlər açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə UEFA-nin rəsmi saytında bildirilib.
Məlumata əsasən, komandalar fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park” stadionunda təşkil olunacaq görüşə aşağıdakı heyətlərlə çıxacaq.
“Nyukasl”: Barnes, Botman,Ceykop Mörfi, Voltemade, Tonali, Burn, Joelinton, Osula, Tripyer, Mörfi, Aaron Ramsdeyl.
Baş məşqçi: Eddi Hau.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Dani Bolt, Bədavi Hüseynov, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Abdullah Zubir, Kamilo Duran, Montiel, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, ilk görüş rəqibin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
