...

Polşa dörd ildə Ukraynaya 300-dən çox tank göndərib

Dünya xəbərləri Materials 24 Fevral 2026 18:59 (UTC +04:00)
Polşa dörd ildə Ukraynaya 300-dən çox tank göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa 24 fevral 2022-ci ildən etibarən Ukraynaya 318 ədəd tank, 586 ədəd müxtəlif tipli zirehli şəxsi heyət daşıyıcısı, 137 artileriya qurğusu, həmçinin 10 “MiQ-29” qırıcısı və 10 ədəd “Mi-24” helikopteri göndərib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisinin yaydığı bəyanatda bildirilir.

Məlumata görə, Ukraynaya göndərilmiş tanklar arasında “T-72”, “PT-91”, “Leopard 2A4” modellərindən olan ağır hərbi texnika yer alır.

Varşava eyni zamanda Ukraynaya “Crab” özüyeriyən haubitsası və “Rak” özüyeriyən minaatanları yollayıb.

Sənədə əsasən, Ukraynaya ötürülmüş hərbi inventarın ümumi dəyəri 2025-ci ilin mart ayına qədər 18 milyard zlot təqribən 5 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti