...

Məşhur aktyor yeni filmində “ABŞ prezidenti” olacaq

Dünya xəbərləri Materials 24 Fevral 2026 20:22 (UTC +04:00)
Məşhur aktyor yeni filmində “ABŞ prezidenti” olacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Oskar” mükafatı laureatı olan Hollivud ulduzu Tom Henks çəkilişi planlaşdırılan “Linkolin Bardoda” adlı bədii filmdə ABŞ-nin 16-cı prezidenti Abraham Linkoln obrazını canlandıracaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Filmin sujet xətti Linkolnun 11 yaşında həyatdan köçmüş oğlu Uilyamla olan münasibətləri üzərində qurulub.

Məlumata görə, müəlliflər filmdə sevgi, empatiya və kədər mövzularını canlı, vəfat etmiş, real həyatda mövcud olmuş və uydurma personajlar vasitəsilə qabartmağa çalışacaq.

Filmin rejissoru Duk Conson olacaq, Tom Henks isə layihənin həmmüəssisi (soprodüseri) kimi çıxış edəcək. Bildirilir ki, aktyor anası Nensi Henks xətti üzrə Abraham Linkolnun uzaq qohumudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti