...

Ödəmə terminalından oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

Hadisə Materials 25 Fevral 2026 10:04 (UTC +04:00)
Ödəmə terminalından oğurluqda şübhəli bilinən şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend-in məlumatına görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti