Bakı. Trend:
Gənc azərbaycanlı ifaçı Jeyleen son illərdə İsveçrədə formalaşan
yeni nəsil müstəqil sənətçilər arasında yer alır. O, ali təhsilini
İsveçrədə başa vurduqdan sonra burada yaşamağa davam edir və musiqi
karyerasını inkişaf etdirir.
Erkən yaşlardan vokal təhsili alan ifaçı musiqi alətlərini də
müstəqil şəkildə mənimsəyib. Onun repertuarında pop, rok və soul
elementləri paralel şəkildə mövcuddur.
İfaçının Trend-ə verdiyi məlumata görə, o, mahnılarını özü yazır və prodüserlə birlikdə tamamlayır. Musiqidən əlavə, vizual konsepsiya üzərində də şəxsən çalışır. Bu, layihələrinə vahid estetik yanaşma qazandırır.
Bir neçə ay ərzində 250 mindən çox dinlənmə və 50 mindən artıq dinləyici qazanması, ABŞ, Böyük Britaniya və Almaniya kimi bazarlarda auditoriya formalaşdırması onun beynəlxalq potensialını göstərir.
2026-cı ildə İsveçrə üzrə konsertlər, festivallar və “M4Music” platformasında iştirakı planlaşdırılır. Fevralın sonuna nəzərdə tutulan “Everything in Between” EP-si isə onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olacaq.
